BAKI, 30 iyul. TELEQRAF
“Bu tərkibdə hökumətimizin sonuncu iclasıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.
“Bazar günü Milli Məclisin 9-cu çağırışının təşkili münasibətilə istefa verəcəyik, bundan sonra Ermənistan Respublikasının Prezidenti parlament çoxluğu tərəfindən irəli sürülən namizədi Baş nazir təyin edəcək”, - hökumət başçısı bildirib.
O əlavə edib ki, bundan sonra təyin ediləcək yeni Baş nazir yeni hökuməti formalaşdıracaq.
Xatırladaq ki, Nikol Paşinyanın sədri olduğu hakim “Vətəndaş Müqaviləsi” Partiyası iyunun 7-də keçirilən parlament seçkilərində qalib gələrək, təkbaşına hökumət qurmaq hüququ qazanıb. Partiyanın baş nazirliyə namizədi Nikol Paşinyandır.