BAKI, 23 iyun. TELEQRAF
Cənubi Osetiyadakı tanınmamış respublikanın prezidenti Alan Qaqloyev tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Teleqraf TASS-a istinadla xəbər verir ki, A.Qaqloyev istefasından sonra Rusiya Prezidenti Vladimir Putinin müşaviri vəzifəsini icra edəcək.
Xatırladaq ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri Rusiyanın işğalı altındadır. Tbilisi 2008-ci ildə bu iki bölgəni "müstəqil dövlət" kimi tanıyan Moskva ilə əlaqələri dayandırıb.