BAKI, 11 iyun. TELEQRAF
“Ermənistanın KTMT-dən çıxarılması mümkündür”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Şərh verə bilmərəm, amma bilirəm ki, KTMT-dən çıxarılma mexanizmi var və işləkdir. Əgər üzv dövlətlər Ermənistanı təşkilatdan çıxarmaq qərarına gəlsələr, bu qərarı yalnız nəzərə almağa məcbur olacağıq. Başqa bir şey etmək imkanımız yoxdur”, - Baş nazir bildirib.