BAKI, 1 iyun. TELEQRAF
Ermənistan İstintaq Komitəsi tərəfindən araşdırılan cinayət işi üzrə ibtidai istintaq zamanı Baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlayan şəxslərdən birinin şəxsiyyəti müəyyən edilib.
Teleqraf xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Həmin şəxsin 2024-cü ildən bəri xarici ölkədə yaşayan M.M. adlı şəxs olduğu bildirilib. Artıq barəsində həbs qətimkan tədbiri seçilən şübhəlinin ən azı 4 nəfərdən ibarət qrupla birlikdə Ermənistan Baş nazirinin öldürülməsini planlaşdırdığı qeyd edilib.
M.M.-yə qarşı Ermənistan Cinayət Məcəlləsinin “Bir qrup şəxs tərəfindən dövlət və ya siyasi fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qətlə hazırlıq” və “Bir qrup şəxs tərəfindən təbliğatın aparılmasına digər üsullarla maneolma” maddələri ilə ittiham edilib.
Xatırladaq ki, ötən günlərdə internetdə yayılan bir videogörüntüdə Nikol Paşinyan dörd maskalı şəxs tərəfindən ölümlə hədələnmişdi.