BAKI, 8 may. TELEQRAF
“Təkcə Brüssel deyil, bütün Avropa paytaxtları Gürcüstanla gələcək münasibətləri necə gördüklərini açıq şəkildə bəyan etməlidirlər”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Spiker bildirib ki, Avropa İttifaqı (Aİ) Gürcüstana qarşı aqressiv ritorikasını dayandırmalıdır:
“Təəssüf ki, müxtəlif paytaxtlara ötürülən informasiyalar Brüsselin süzgəcindən keçir. Buna görə ümid edirəm, bu söz hər kəsə çatacaq - gürcü xalqı və Gürcüstana qarşı aqressiv ritorika dayandırılmalıdır. Bu qəbuledilməzdir. Gürcü xalqına və Gürcüstana qarşı zərərli siyasət də dayandırılmalıdır, bu da qəbuledilməzdir, dialoqa mane olur. Həmçinin Avropa Parlamentinin gürcü xalqına qarşı böyük həvəslə qəbul etdiyi bütün ədalətsiz qətnamələr ləğv edilməlidir. Bizim təklif etdiyimiz yol budur. Təzyiqlə Gürcüstana nəyəsə məcbur etmək mümkün deyil”.