BAKI, 10 aprel. TELEQRAF
Ermənistan vətəndaş cəmiyyətinin nümayəndə heyəti quru sərhədi vasitəsilə Azərbaycana gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Nümayəndə heyətinə 20 nəfər daxildir.
Qeyd edilib ki, aprelin 10-dan 12-dək “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilir.
Ermənistan nümayəndə heyətinə aşağıdakılar daxildir:
1. Areq Koçinyan – “Ermənistan Şurası” Analitik Mərkəzinin prezidenti, koordinatoru
2. Boris Navasardyan – Yerevan Mətbuat Klubunun fəxri prezidenti
3. Naira Sultanyan – Demokratiyanın İnkişafı Fondunun direktoru
4. Narek Minasyan – “Ermənistan Şurası” Analitik Mərkəzinin eksperti
5. Samvel Meliksetyan – “Ermənistan Şurası” Analitik Mərkəzinin eksperti
6. Stepan Qriqoryan – Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin İdarə Heyətinin sədri
7. Edqar Vardanyan – “Ermənistan Şurası” Analitik Mərkəzinin eksperti
8. Robert Gevondyan – “Ermənistan Şurası” Analitik Mərkəzinin eksperti
9. Lusine Xaratyan – Yazıçı, antropoloq
10. Nelli Minasyan – Tarix elmləri namizədi, dosent, türkoloq
11. David Stepanyan – siyasi şərhçi
12. Ruben Babayan – Yerevan Kukla Teatrının Mətbuat Mərkəzinin bədii rəhbəri
13. Eleonora Sərkisyan – Sülh və Gender Məsələləri üzrə ekspert
14. Naira Martikyan – JAMnews-un Ermənistan ofisinin redaktoru və direktoru
15. Vazgen Karapetyan – Avrasiya Tərəfdaşlıq Fondunun proqram meneceri
16. Tatev Danielyan – Ermənistan İctimai Televiziyasının baş redaktoru və siyasi proqramların aparıcısı
17. Armen Petrosyan – Orbeli Mərkəzinin regional siyasət üzrə eksperti
18. Alen Əmirxanyan – Ermənistan-Amerika Universitetinin “Akopyan” Ətraf Mühit Mərkəzinin direktoru
19. Nelli Rafaelyan – Media Təşəbbüsləri Mərkəzinin jurnalisti
20. İctimai Televiziya Şirkətinin operatoru