BAKI, 24 mart. TELEQRAF

“ABŞ ilə strateji tərəfdaşlığa yeni və daha yüksək səviyyədən başlamaq istəyirik”.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə bildirib.

Spiker təəssüflə qeyd edib ki, Gürcüstan ABŞ-dən bu baxımdan uyğun temp görmür:

“Biz əsl strateji tərəfdaşlığın başlanmasını istəyirik. ABŞ administrasiyası ilə müxtəlif əlaqələrimiz var. Onlar milli maraqlarımız və strateji tərəfdaşlıqla bağlı mövqeyimizin necə olduğunu yaxşı bilirlər. Ona görə də, münasibətlərin yenidən qurulmasını gözləyirik. Bu münasibətlərdə çox şeyi nə dəyişə, nə də poza bilərik. Bizim milli maraqlardan irəli gələn mövqelərimiz var, onlara əməl etməliyik, ABŞ administrasiyasından uyğun addımlar gözləyirik.

Son səfərlər və keçirilən görüşlər, aparılan danışıqlar münasibətlərin yenilənəcəyinə dair bizdə optimizim yaradır. Amma təəssüf ki, bu prosesin istədiyimiz və bu münasibətlərə yaraşan tempini görmürük. Gürcü xalqının Amerika xalqına göstərdiyi dostluğa uyğun yanaşma gözləyirik”.