BAKI, 24 mart. TELEQRAF

“Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri gürcü xalqının hislərini başa düşmürlər, buna görə də bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın vəfatı ilə bağlı başsağlığı verməyiblər”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Matəm günlərində və dəfn günü Müqəddəs Üçlük Kilsəsində olan səfirlər və bu itki ilə bağlı başsağlığı bildirənlərə təşəkkür edirəm. Amma digər tərəfdən, Gürcüstanda baş verən hadisələrə dərhal reaksiya verən bircə nəfər də olsun, Avropa lideri görmədik. Belə bir kədərli zamanda onlar nə söz, nə də zaman tapdılar. Onlar bizim kilsə, patriarx və bu dəyərlərə olan hislərimizi başa düşmürlər”, - spiker vurğulayıb.