BAKI, 4 mart. TELEQRAF
Tbilisidə Ermənistan Baş naziri Nikol Paşinyan və Gürcüstan Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Həmsöhbətlər ikitərəfli strateji münasibətlərin gündəliyi ilə bağlı geniş məsələləri müzakirə ediblər. Ticari-iqtisadi əməkdaşlığın ardıcıl inkişafı və genişlənməsi vurğulanıb.
Baş nazirlər həmçinin regional əhəmiyyətli bir sıra məsələlər barədə fikir mübadiləsi aparıblar. Bölgədə sülh və sabitliyin təmin edilməsinə yönəlmiş addımların davam etdirilməsinin vacibliyi qeyd olunub.