BAKI, 3 mart. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan 3-4 mart tarixlərində Gürcüstanda işgüzar səfərdə olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri Administrasiyası məlumat yayıb.
Ermənistan nümayəndə heyətini Gürcüstan Baş naziri İrakli Kobaxidze qəbul edəcək. Təkbətək görüşdən sonra iki İrakli Kobaxidze və Nikol Paşinyan tərəfindən həmsədrlik ediləcək Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək.
İrakli Kobaxidze və Nikol Paşinyan mediaya birgə bəyanatlar verəcəklər.