BAKI, 25 fevral. TELEQRAF

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukrayna Prezidenti Volodimir Zelenskini “dəstəyə layiq olmayan nankor” insan adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

“Ukrayna ilə bağlı siyasətimiz sadədir: biz Ukrayna xalqını dəstəkləyirik. Nə Zelenski, nə onun müavinləri, nə digərləri, nə də Brüssel bizim dəstəyimizə layiqdir. Onlar nankor insanlardır”, - Papuaşvili qeyd edib.

Spiker Zelenskinin Gürcüstana qarşı açıqlamaları və Tbilisidəki səfirini geri çağırmasını “utancverici” adlandırıb:

“Gürcüstanın Ukrayna hakimiyyətinin təşəkkürünə ehtiyacı yoxdur. Zelenskinin hökmünü Ukrayna xalqının özü verəcək”.