BAKI, 17 fevral. TELEQRAF

“Gürcüstan müxalifəti Rusiya-Ukrayna müharibəsinin başlanmasından dörd il sonra sülh haqqında danışır, halbuki “Gürcü Arzusu” bunu 2022-ci ilin fevral ayından etibarən deyir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Gecikiblər. Biz sülhü qoruduq. İndi isə milli maraqlar barədə danışırıq. Müxalifət isə hələ də Brüsselin qarşısında tək ayaq üstə qalmağa çağırır. Dörd il sonra nə olacağını təxmin edin”, - spiker sosial mediada yazıb.