BAKI, 14 fevral. TELEQRAF

Gürcüstan hökuməti ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı istiqamətində inqilabi addım atmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Ölkə 2027-ci ildən etibarən plastik qablaşdırmaların istifadəsini mərhələli şəkildə qadağan edəcək.

Qəbul edilmiş qərara əsasən, 1 iyul 2027-ci il tarixindən etibarən Gürcüstanda plastik qablaşdırmada olan məhsulların həm istehsalı, həm də xaricdən idxalı dayandırılacaq. Bu qadağa ölkənin ekoloji təhlükəsizlik strategiyasının əsas tərkib hissəsidir.

Bundan əlavə, içkilərin plastik şüşələrdə satışı ilə bağlı daha erkən məhdudiyyət tətbiq olunacaq. Belə ki, 2027-ci ilin qışından etibarən plastik butulkalarda içki satışı rəsmən qadağan ediləcək.