BAKI, 26 yanvar. TELEQRAF
“Avropa İttifaqı vaxtilə Gürcüstanda baş verən hadisələrlə bağlı fövqəladə bəyanatları ilə seçilirdi, amma həmin hadisələrdən əvvəl baş vermiş zorakı aksiyalar barədə heç nə deyilmirdi”.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-nin federal miqrasiya əməkdaşları tərəfindən iki nəfərin öldürülməsi faktını şərh edərkən bildirib.
“Xatırlayırsınızsa , Avropa bürokratiyası vaxtilə Gürcüstanda baş verən hadisələrlə bağlı fövqəladə bəyanatlar verirdi. Həmin hadisələrdən əvvəl baş vermiş zorakı aksiyalar barədə isə heç nə deyilmirdi və konkret faktlarla bağlı hüquq-mühafizə orqanlarımızı ədalətsiz şəkildə ittiham edirdilər. Avropa bürokratiyasından yadımızda qalan budur. Hər yerdə ikili standartlar var. Edə biləcəyim şərh budur”, - baş nazir qeyd edib.