BAKI, 8 yanvar. TELEQRAF
“Brüssel Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük yolunda Moldova və Ukraynadan geri qaldığını deyəndə, gürcü xalqını ələ salır”.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
“Gürcüstanı Moldova və Ukrayna ilə müqayisə edəndə, onlar gürcü xalqını ələ salırlar. Ukrayna və Moldovanın guya obyektiv şəkildə Gürcüstandan irəlidə olduğunu demək, gürcü xalqına qarşı istehzadır”, - o vurğulayıb.
Papuaşvili qeyd edib ki, Moldova və Ukrayna Gürcüstanı yalnız “Brüssel bürokratiyası ilə qucaqlaşmaq”da qabaqlayır:
“Bəli, qucaqlaşmaqda öndədirlər, bu məsələdə onları qabaqlaya bilmərik”.
Spikerin sözlərinə görə, Gürcüstan həm iqtisadi göstəricilər, həm də demokratiyanın inkişafı baxımından həm Ukrayna və Moldovanı qabaqlayır.