BAKI, 30 dekabr. TELEQRAF

Gürcüstan Baş naziri İrakli Kobaxidze İranın Tbilisidəki fövqəladə və səlahiyyətli səfiri Mahmud Adibini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Baş nazir səfiri Gürcüstanda göstərdiyi məhsuldar fəaliyyət və ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə təqdir edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə həmçinin vurğulanıb ki, Gürcüstan Yaxın Şərq və Cənubi Qafqaz regionlarında sülh və sabitliyin qorunmasını dəstəkləyir.