BAKI, 26 dekabr. TELEQRAF

“Avropa İttifaqı bürokratiyası tərəfindən gördüyümüz ədalətsizliyə baxmayaraq, səbrilə dönüş nöqtəsi imkanını gözləyirik”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan hakimiyyəti strateji səbir siyasəti seçib:

“Düşünürəm ki, 2026-cı il müxtəlif amillər baxımından beynəlxalq siyasi arenada dönüş nöqtəsi yarana bilər. Hadisələrin inkişafını gözləyək. Strateji səbir siyasəti seçmişik. Avropa bürokratiyası tərəfindən gördüyümüz ədalətsizliyə baxmayaraq, səbirlə dönüş imkanını gözləyirik və, şübhəsiz, bu istiqamətdə yaranacaq istənilən fürsətdən istifadə edəcəyik”.