BAKI, 6 oktyabr. TELEQRAF
Gürcüstan Baş Prokurorluğu oktyabrın 4-də keçirilən etiraz aksiyasının beş təşkilatçısına qarşı ittiham irəli sürüb.
Teleqraf xəbər verir ki, Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridze kütləvi zorakılıq təşkil etməkdə və iştirak etməkdə, strateji və ya xüsusi təyinatlı obyektləri ələ keçirməyə və ya bloklamağa cəhddə, konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhddə və hökuməti devirməyə çağırışda ittiham olunurlar.
Onları 9 ilə qədər həbs gözləyir.