TBİLİSİ, 19 sentyabr. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Gürcüstana rəsmi səfər edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, onu Tbilisi beynəlxalq hava limanında Gürcüstanın Baş naziri İrakli Kobaxidze qarşılayıb.

Hazırda Gürcüstan hökumətinin administrasiyasında tərəflər arasında geniş tərkibli görüş keçirilir.