TBİLİSİ, 29 avqust. TELEQRAF
Gürcüstan həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı 118 nəfər təşkil edir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin iyul ayı üzrə hesabatından məlum olur.
İyun ayı ilə müqayisədə vətəndaşlarımızın sayı 9 nəfər artıb.
Sənədə əsasən, Azərbaycan vətəndaşlarının 34-ü ittiham olunan, 84-ü isə məhkumdur. Təqsirləndirilənlərin 31-i kişi, 3-ü qadın, məhkumların isə 69-u kişi, 15-i qadındır.
Gürcüstanda probasiya nəzarətində isə 54 nəfər Azərbaycan vətəndaşı saxlanılır. Həmin şəxslərin 46-sı kişi, 7-si qadın, 1-i isə yeniyetmə oğlandır. Aylıq müqayisədə onların sayı bir nəfər artıb.
Qonşu ölkənin həbsxanalarda ümumilikdə 1 297 nəfər əcnəbi saxlanılır, 564 nəfər əcnəbi isə probasiya nəzarətindədir.