BAKI, 8 noyabr. TELEQRAF
8 Noyabr - Zəfər Gününün altıncı ildönümü münasibətilə Azərbaycanı təbrik edirəm.
Bunu Teleqraf-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç deyib.
"Türkiyə - Azərbaycan dostluğu, qardaşlığı əbədidir. Bir millət, iki dövlət olaraq hər zaman bir-birimizin yanındayıq. Bu dostluq, bu qardaşlıq əsrlər boyu davam edəcək. Zəfəriniz mübarək olsun, Azərbaycan" - deyə Karakılıç əlavə edib. .