BAKI, 8 noyabr. TELEQRAF

Ülvi İsgəndərov Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.

Teleqraf xəbər verir ki, bu, Premyer Liqanın XI turunda “Şəfa” ilə səfər matçına (2:2) təsadüf edib.

“Araz-Naxçıvan”ın hücumçusu indiyədək çempionatda keçirdiyi 200 oyunda 25 qol vurub.

2017/18 mövsümündə debüt edən futbolçu üç klubun formasını geyinib. O, “Sumqayıt”da 18 (3 qol), “Qəbələ”də 118 (17 qol), “Araz-Naxçıvan”da isə 64 (5 qol) matçda meydana çıxıb.

Qeyd edək ki, Ülvi İsgəndərov Azərbaycan Premyer Liqasında 200 və daha çox oyun keçirən 165-ci futbolçu olub.