BAKI, 8 noyabr. TELEQRAF

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının ilk dövrəsində qələbə qazana bilməyib.

Teleqraf xəbər verir ki, Muxtar Respublika təmsilçisi keçirdiyi 11 oyunda 4 heç-heçə edib, 7 dəfə isə meydanı məğlub tərk edib.

Son 4 mövsümdə ilk dəfədir ki, çempionatın iştirakçılarından biri startda ardıcıl 11 qarşılaşmada qələbə qazana bilmir. Sonuncu belə hal 2022/23 mövsümündə qeydə alınıb. Həmin vaxt “Sumqayıt” və “Şamaxı” ilk 11 turda qələbə sevinci yaşaya bilməyib.

Qeyd edək ki, 4 il əvvəl hər iki komanda da 11 oyunda 4 xal toplayıb.