BAKI, 8 noyabr. TELEQRAF

2024-cü ilin iyul ayında Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialının açılması işğaldan azad edilmiş ərazilərimizdə də DOST xidmətləri şəbəkəsinin qurulması istiqamətində növbəti mühüm addım olub.

Bu barədə Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Ötən dövrdə filialda 3300-dək vətəndaşa xidmətlər göstərilib. Onların müraciətlər pensiya və müavinət, sosial xidmət, məşğulluq, əlillik və s. məsələləri əhatə edib.

Şuşa DOST filialında göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 99,9 faiz təşkil edib.