BAKI, 8 noyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının sosial media hesablarında paylaşım olunub.
“Qarabağın 30 illik işğaldan azad edilməsinin altıncı ildönümünü, dost və qardaş Azərbaycanımızın Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm. Bu böyük Zəfəri qanı və canı bahasına gerçəkləşdirən, Vətən uğrunda torpağa düşən bütün şəhidlərimizi rəhmətlə yad edirəm”, - Rəcəb Tayyib Ərdoğan bildirib.
