BAKI, 8 noyabr. TELEQRAF

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Teleqraf xəbər verir ki, bununla əlaqədar MHP-nin sosial media hesabında video paylaşılıb.

Paylaşımda partiyanın sədri Dövlət Baxçalının bu fikirlərinə də yer verilib:

“Qarabağ türkdür, Qarabağ özgürdür, Qarabağ Azərbaycandır. Qarabağ türkün polad biləyidir. Bir millət, iki dövlətik, iki ayrı bədəndə eyni canıq. Biz türk millətiyik”.