BAKI, 8 noyabr. TELEQRAF
Azərbaycana rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, Türkiyə dövlət başçısı bu gün Azərbaycana rəsmi səfərə gəlib.
***
13:42
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfərə gəlib.
Teleqraf xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıb.