BAKI, 8 noyabr. TELEQRAF

Türkiyənin “Baykar” müdafiə şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bununla əlaqədar onun sosial media hesablarında paylaşım olunub.

“Qarabağın səmasında Ay-Ulduzdan başqası parlamaz. Can Azərbaycanın Zəfər Günü mübarək olsun. Şəhidlərimizi rəhmət və minnətlə anırıq”, - paylaşımda bildirilib.

“Baykar” şirkətinin sosial media hesablarında da Zəfər Günü ilə bağlı Azərbaycana təbrik mesajları paylaşılıb.