BAKI, 8 noyabr. TELEQRAF

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Ömər Çelik Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“Qarabağ Zəfərinin ildönümü mübarək. Can Azərbaycanın Zəfər Gününü təbrik edir, qəhrəman şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edirik. Qəhrəman qazilərimizə ehtiramımızı bildiririk. Bir millət - iki dövlət”, - AKP rəsmisi bildirib.