BAKI, 12 oktyabr. TELEQRAF
İsveçrə xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis oktyabrın 16-da Gürcüstana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə İsveçrənin Gürcüstandakı səfirliyi məlumat yayıb.
Kassis Gürcüstan Baş naziri İrakli Kobaxidze və xarici işlər naziri Maka Boçorişvili ilə görüşəcək.
Qeyd edilib ki, səfərin məqsədi regionda təhlükəsizlik və humanitar məsələlər üzrə dialoqu təşviq etməkdir.