BAKI, 15 oktyabr. TELEQRAF
“2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsini imzalayıb, ratifikasiya etməyi qarşıma məqsəd qoymuşam”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Qarşıdakı əsas vəzifəmiz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin ratifikasiyası və imzalanmasıdır. Bu, digər gündəmdən imtina etmək demək deyil. Özüm qarşıma belə bir məqsəd qoymuşam. Konkret vaxt çərçivəsi isə bu məqsədin həllinə 2031-ci ilədək nail olmaqdır”, - o vurğulayıb.
Baş nazirin sözlərinə görə, bu məsələnin həlli komandasının qarşısında duran vəzifədir: “Amma gündəliyim baxımından bu məsələnin həllini vacib hesab edirəm. Əlbəttə, bu yanaşma indi formalaşmayıb”.
Paşinyan vurğulayıb ki, bu məqsədə nail olmaq üçün imkanın olduğunu görür, əks halda məsələni nə bu, nə də digər formatlarda gündəmə gətirərdi.
Baş nazir əmin edib ki, sazişin ratifikasiyası ilə erməni xalqının tarixində çox mühüm mərhələ həm yekunlaşacaq, həm də yeni mərhələnin başlanğıcı olacaq.