BAKI, 14 oktyabr. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana işgüzar səfərə gəlib.

Teleqraf xəbər verir ki, türkiyəli qonağı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov qarşılayıb.

Hakan Fidan oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak edəcək.