BAKI, 14 oktyabr. TELEQRAF
“Pentaqon 2026-cı ilin sonunadək ABŞ hərbçilərinin silahlanmasına yüz minlərlə kamikadze dron verməyi planlaşdırır”.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset Vaşinqtonda Quru Qoşunlarının tədbirində çıxışı zamanı deyib.
Heqsetin sözlərinə görə, Pentaqon pilotsuz uçan aparatlar (PUA) sahəsində üstünlüyü təmin etmək üçün 1 milyard dollar həcmində maliyyə ayırıb.
“Bu proqramı həyata keçirməyə başlayanda Müharibə Departamentində birdəfəlik istifadə üçün nəzərdə tutulan pilotsuz sistemlərin hazırlanması üzrə heç bir proqram yox idi. Nəticədə, bu il silahlanmaya yüz minlərlə birdəfəlik sistem verəcəyik. Sonrakı illərdə isə onların sayı indiyədək görünməmiş sürətlə artacaq və milyonlarla ölçüləcək”, - müharibə naziri bildirib.