BAKI, 14 oktyabr. TELEQRAF

İsrail Prezidenti İsxaq Hersoq Azərbaycan lideri İlham Əliyevə Bakıda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.

Teleqraf xəbər verir ki, bu barədə İsxaq Hersoq sosial media hesabında paylaşım edib.

O, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda mühüm mövqeyə malik olduğunu və böyük hörmət qazandığını vurğulayıb:

“İki ölkə arasında strateji tərəfdaşlıq qarşılıqlı hörmətə, ortaq maraqlara və xalqların dərin tarixi əlaqələrinə əsaslanır”.

İ. Hersoq qeyd edib ki, görüş zamanı ikitərəfli əlaqələrin gücləndirilməsi, regiondakı son hadisələr, eləcə də sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunub.