BAKI, 12 oktyabr. TELEQRAF
Macarıstan Baş naziri Peter Madyar gələn həftənin əvvəlində Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə o, Finlandiyanın “Helsingin Sanomat” qəzetinə verdiyi müsahibədə bildirib.
Madyar qeyd edib ki, Macarıstan və Ukrayna arasında tədricən etimadı bərpa etməyə çalışır. Həmçinin o, Budapeştin Kiyevə hərbi yardım etməyəcəyini və silahların öz ərazisindən tranzitinə icazə verməyəcəyini bir daha təsdiqləyib.
Macarıstan Baş naziri Ukraynadakı etnik macarların hüquqlarının təmin edilməsi ilə bağlı sazişin artıq imzalandığını qeyd edib.