BAKI, 16 avqust. TELEQRAF

Fransa Silahlı Qüvvələrinin 2 minə yaxın hərbçisi ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi əməliyyatlarına cəlb olunub.

Teleqraf xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi yanında dövlət naziri Alis Ryüfo məlumat verib.

Məlumata görə, 2 min hərbçi artıq əməliyyatlara qoşulub, daha 2 min nəfərlik şəxsi heyət isə ehtiyatda saxlanılır. Yanğınların söndürülməsində mühəndis bölmələri ilə yanaşı, "Airbus A400M" təyyarələri, "Reaper" dronları və helikopterlər tətbiq olunur.

Qeyd edək ki, son həftələrdə Avropanın bir sıra ölkələrində güclü istilər və quraqlıq genişmiqyaslı meşə yanğınlarına səbəb olub.