BAKI, 10 avqust. TELEQRAF
“Ukraynaya qarşı müharibə davam etdiyi müddətdə Rusiyanın NATO ölkələrinə qarşı ikinci cəbhə açmaq üçün hərbi potensialı yoxdur”.
Teleqraf xəbər verir ki, bunu NATO-nun Strateji Kommunikasiyalar Mərkəzinin direktoru Yanis Sarts deyib.
“Rusiya bizim üçün təhdid olaraq qalır və gələcəkdə də belə olacaq”, - o bildirib.
Alyan rəsmisi qeyd edib ki, hərbi hücum etmək üçün Rusiya buna imkan verən potensiala malik olmalıdır, amma hazırda belə imkanları yoxdur, NATO da öz müdafiə planlarını hazırlayıb.
Sarts vurğulayıb ki, Rusiyanın hərbi imkanları hazırda Ukraynadakı müharibə ilə məhdudlaşır:
“Ukraynada müharibə davam etdiyi müddətdə Rusiya NATO ölkələrinə qarşı daha bir hərbi cəbhə aça bilməz və onun bunu etməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur”.