BAKI, 20 aprel. TELEQRAF

Rusiya ordusu Ukraynanın Xarkov vilayətində dəmir yolu infrastrukturu obyektlərinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın İcmaların və Ərazilərin İnkişafı Nazirliyi məlumat yayıb.

“Düşmən gecə Xarkov vilayətində dəmir yolu infrastrukturu obyektlərinə zərbələr endirib. Qatar vaqonlarına, depo təmiri emalatxanalarına, kontakt şəbəkəsi və enerji təchizatı elementlərinə, eləcə də stansiya binasına ziyan dəyib”, - məlumatda bildirilir.

Nazirliyin məlumatına görə, heç kim xəsarət almayıb, bərpa işləri davam etdirilir.

İlin əvvəlindən bəri Ukraynada dəmir yoluna 600-dən çox hücum qeydə alınıb, 1800-dən çox obyektə ziyan dəyib.