BAKI, 24 mart. TELEQRAF
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində Slatin stansiyasında elektrik qatarını PUA ilə hədəfə alıb.
Teleqraf xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğu məlumat yayıb.
“Rusiya ordusu zərbə üçün FPV dronundan istifadə edib və həmin vaxt Slatin stansiyasında olan qatar vaqonuna dəyib”, - məlumatda bildirilib.
Hücum nəticəsində 61 yaşlı sərnişin yerindəcə ölüb.