BAKI, 9 fevral. TELEQRAF
“Müvafiq sənədlərdə fransızların da adlarının çəkilməsinə baxmayaraq, Ceffri Epşteyn işi əsasən ABŞ ilə bağlıdır”.
Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Bəli, sənədlərdə bəzi fransalıların da adları yer alır, bizim ədliyyə sistemi öz işini görür. Amma məncə, bu, ilk növbədə ABŞ ilə bağlıdır. Onların ədliyyə sistemi öz işini görməlidir”, - dövlət başçısı bildirib.
Makron vurğulayıb ki, digər tanınmış fransalıların bu işlə əlaqəli olaraq adlarının çəkiləcəyindən qorxmur.
Fransa lideri əlavə edib ki, artıq bu mövzunu müzakirə etmək niyyətində deyil: “Bu müzakirədə iştirak etmək mənə çox da xoş deyil, mənim rolum bu deyil”.
Xatırladaq ki, Parisdəki Ərəb Dünyası İnstitutunun rəhbəri, Fransanın keçmiş mədəniyyət naziri Jak Lanq Ceffri Epşteynlə əməkdaşlıq vasitəsilə çirkli pul yuymaq şübhəsi ilə başlanan istintaqdan sonra istefa verib. Makron Lanqın istefasını “keçmiş nazirin şəxsi seçimi” adlandırıb.