BAKI, 8 oktyabr. TELEQRAF

Türkiyədə narkotik vasitələrdən istifadəyə təşviq etməkdə ittiham olunaraq saxlanılan məşhurlar sərbəst buraxılıblar.

Teleqraf xəbər verir ki, 19 məşhur narkoloji testdən keçiriliblər.

***

09:24

İstanbul Jandarm Komandanlığının apardığı araşdırma çərçivəsində Türkiyənin bir sıra məşhur simaları saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Jandarm Komandanlığının Narkotiklərlə Mübarizə İdarəsi narkotikdən istifadənin təşviqi ittihamı üzrə əməliyyat keçirib. Əməliyyat çərçivəsində 19 nəfər saxlanılıb.

Həmin şəxslər aşağıdakılardır:

Birce Akalay, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evqar Babataş, Deren Talu, Derin Talu, Dilan Polat, Duyqu Özaslan Mutaf, Engin Polat, Feyza Altun, Hadise Açıkgöz, İrem Derici, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Metin Akdülger, Özge Özpirinçci, Zeynep Meriç Aral Keskin, Ziynet Sali.