BAKI, 9 avqust. TELEQRAF

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Yablonovka kəndini işğal edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Yaşayış məntəqəsinin Rusiya ordusunun “Mərkəz” qoşun qrupu tərəfindən ələ keçirildiyi bildirilib.