BAKI, 9 avqust. TELEQRAF

Ukrayna Donetsk vilayətindən çəkilməyə razılaşarsa, Rusiya ordusunun 11 ildir saxlayan “qalalar kəməri”ni itirəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Analitiklərin fikrincə, belə bir qərar Rusiya ordusuna Ukraynanın dərinliklərinə hücum üçün zəmin yarada bilər.

“Ukraynanın “qalalar kəməri” son 11 ildə Rusiyanın ərazi ambisiyalarına əsas maneə olub. Bun, dörd böyük şəhərdən və Kostyantinivka-Slovyansk şossesi boyunca şimaldan cənuba uzanan bir neçə qəsəbə və kənddən ibarətdir”, - məlumatda deyilir.

Xəttin uzunluğu 50 kilometrdir, Slovyansk-Kramatorsk müdafiə kəmərinin şimalına qədər uzanır və Donetsk bölgəsini müdafiə edən Ukrayna qüvvələri üçün mühüm logistika mərkəzləri kimi xidmət edir. Xətt həm də Drujkivka, Oleksiyevo-Drujkivka və Kostyantinivka müdafiə kəmərinin cənub hissəsini təşkil edir. Ukrayna ordusunun bu xətt boyunca və ya qeyd edilən şəhərlər və ətrafında güclü müdafiə mövqeləri var.

Ukrayna qüvvələri 2014-cü ildən məhz bu xətt vasitəsilə şəhərlər üzərində nəzarəti saxlayır. Son 11 il ərzində Ukrayna bu müdafiə kəmərini gücləndirmək və bu şəhərlərdə və onun ətrafında əhəmiyyətli müdafiə infrastrukturu yaratmaq üçün vaxt, pul və səy sərf edib.