BAKI, 16 may. TELEQRAF

Qərb ölkələri Rusiyaya qarşı birgə hərəkət etməlidir.

Teleqraf xəbər verir ki, bunu Avropa Siyasi Birliyinin VI sammitində iştirak etmək üçün Albaniyada səfərdə olan Böyük Britaniya Baş naziri Kir Starmer deyib.

“Putin sülhə ciddi yanaşmır. Müttəfiqlərlə mütləq birliyin olması vacibdir. Biz (Ukraynada) atəşkəs əldə etməliyik. Sanksiyalar üzərində birgə hərəkət etməsək, atəşkəs olmayacaq. Bəllidir ki, Putin ciddi şəkildə sülh istəmir”, - baş nazir vurğulayıb.