BAKI, 15 may. TELEQRAF
Ukraynanın cənubunda ən çətin vəziyyət Rusiya qoşunlarının Zaporojye, Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədinə doğru tələsdikləri Novopavlivsk istiqamətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” komandanlığının sözçüsü Vladislav Voloşin məlumat verib.
Onun sözlərinə görə, Rusiya qüvvələri bu istiqamətdə hər gün 25-27 hücum həyata keçirirlər:
“Ruslar kiçik piyada qrupları, zirehli texnika və motosikletlərlə kütləvi hücumlar edirlər. Bütün gücləri ilə Zaporojye, Dnepropetrovsk və Donetsk vilayətləri ilə inzibati sərhədi keçməyə çalışırlar. Vilne Pole, Novosilka, Privilne və Zelen Pole yaşayış məntəqələri yaxınlığında müdafiə xəttimizi yarmağa cəhd göstərirlər”.
Voloşin əlavə edib ki, Rusiya ordusu Qulyaypil istiqamətində şəxsi heyətini ön cəbhədə yerləşdirir, tezliklə burada aktivləşmə gözlənilir.