BAKI, 26 aprel. TELEQRAF

ABŞ və Ukrayna arasında müharibəyə son qoymaq üçün sülh sazişinin şərtləri ilə bağlı ciddi fikir ayrılıqları var.

Teleqraf xəbər verir ki, bu barədə CNN Ukrayna hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Vaşinqton və Kiyev arasında əsas mübahisə məqamları Ukrayna üçün təhlükəsizlik təminatları və ABŞ-nin Krımı Rusiya ərazisi kimi tanımaq niyyəti ilə əlaqəlidir.

Ukrayna tərəfi təhlükəsizlik təminatını təkcə Avropadan yox, həm də ABŞ-dən almağa çalışır. Amma ABŞ belə bir zəmanətin yalnız Avropa ola biləcəyində israr edir.

Amerikalıların Rusiyanın Krımı işğalını tanıması ideyası Kiyev üçün ən xoşagəlməz məqamdır. Ukrayna bunu qəti şəkildə rədd edir. Ukrayna nəinki Krımı, 2022-ci ildən sonra işğal edilmiş əraziləri də qaytarmaqdan danışır.