BAKI, 25 aprel. TELEQRAF
Çox güman ki, Ukrayna ABŞ Prezidenti Donald Trampın artan təzyiqləri fonunda Rusiya ilə sülh sazişi çərçivəsində işğal edilmiş ərazilərini verməyə məcbur olacaq.
Teleqraf xəbər verir ki, bunu Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko BBC-yə müsahibəsində deyib.
“Ssenarilərdən biri ərazilərin verilməsidir. Bu, ədalətli deyil. Ancaq müvəqqəti sülh naminə... Bəlkə bu, müvəqqəti həll yolu ola bilər”, - şəhər meri bildirib.
Kliçko həmçinin qeyd edib ki, onun belə bir qərar qəbul etmək üçün danışıqlar masası arxasında yeri yoxdur: “Bu mənim yox, Prezident Zelenskinin funksiyasıdır”.