BAKI, 22 aprel. TELEQRAF
Ukrayna Rusiya tərəfindən işğal edilmiş ərazilərindən imtina edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadla “New York Post” (NYP) məlumat yayıb.
Nəşrin həmsöhbəti bildirib ki, Avropa və ABŞ bu əraziləri de-yure yox, de-fakto tanısa, Ukrayna öz ərazilərinin 20 faizindən imtina edəcək. NYP-nin fikrincə, Avropa və ABŞ-nin sülhməramlı qüvvələrinin Ukraynada yerləşdirilməsi belə bir vəziyyət yarada bilər.