
BAKI, 14 aprel. TELEQRAF
Ukrayna Xarici İşlər Nazirliyi Qara dənizdə təhlükəsizliklə bağlı Türkiyənin paytaxtı Ankarada Rusiya tərəfi ilə iddia edilən görüş barədə məlumatı təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tikiy məlumat verib.
“Təkzib edirik. Aprelin 15-16-da Ankarada Ukrayna-Rusiya formatında heç bir görüş olmayacaq və nəzərdə tutulmayıb”, - diplomat qeyd edib.
Xatırladaq ki, bundan əvvəl “CNN Türk” Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadla aprelin 15-16-da Ukrayna və Rusiya nümayəndə heyətləri arasında Qara dənizdə təhlükəsizliklə bağlı danışıqların keçiriləcəyini açıqlamışdı.