BAKI, 19 mart. TELEQRAF

"Qarşıdan gələn sülh danışıqlarında mürəkkəb və həssas məsələlərdən biri Ukrayna əraziləri məsələsi olacaq. Ukrayna işğal olunmuş torpaqlarının Rusiya əraziləri kimi tanınmasına razı olmayacaq, bu, qırmızı xətlərdən biridir".

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Ərazilərə gəlincə, bu, gələcək danışıqlarda ən həssas və çətin məsələlərdən biri olacaq”, - dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, yalnız atəşkəs haqqında razılıq əldə edildikdən sonra tərəflər gələcək danışıqlar zamanı digər mühüm məsələlərin müzakirəsinə keçəcəklər:

“Əminəm ki, onların arasında ərazi məsələləri olacaq. Bu, bizim üçün qırmızı xətdir, müvəqqəti işğal olunmuş Ukrayna torpaqları Rusiya ərazisi kimi tanınmamalıdır. Bu, qəbul etməyəcəyimiz bir şeydir”.

Xatırladaq ki, Ukraynanın işğal edilmiş torpaqlarının Rusiya ərazisi kimi tanınması müharibənin dayandırılması üçün Prezident Putinin əsas tələblərindən biridir.